21 Avqust 2024 12:34
Türkiyədə adı türk dilində olmayan 30 məktəbin adı dəyişdiriləcək.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Təhsil Nazirliyi məlumat yayıb:
"Müəssisələrə məktəbin məqsədinə, tədris proqramına uyğun, bəlli bir anlam daşıyan türkcə adlar verilməlidir. Lakin az sayda məktəblər - xarici və millətlərarası məktəblər və xarici dil təhsili verən məktəblər xarici ad seçə bilərlər. Digər məktəblərə qitə, ölkə, millət, tarix, rəqəm və xarici qurum adları verilə bilməz".
Bu cür məktəblərin ölkənin 6 bölgəsində olduğu bildirilib.