METBUAT.AZ

Region

Türkiyədə meşə yanğınları nəzarət altına alındı

18 Avqust 2024 23:21

"Türkiyədə baş verən demək olar ki, bütün meşə yanğınları nəzarət altına alınıb".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaklı deyib. Nazir bildirib ki, cümə axşamı səhərindən bu yana qeydə alınan 247 meşə yanğınından 241-i nəzarət altına alınıb, hazırda narahat edəcək heç bir yanğın yoxdur.

Xatırladaq ki, nazir daha əvvəl Egey sahilində yerləşən İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını vurğulamışdı. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Hələ ki, ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Əli Yerlikaya isə şənbə günü İzmir də daxil olmaqla yanğınlarla əlaqədar 7 nəfərin həbs edildiyini və bu yanğınların insan amili səbəbindən baş verdiyini açıqlayıb.


metbuat.az.