17 Avqust 2024 23:47
Türkiyədə son günlər baş verən meşə yanğınları ilə əlaqədar olaraq 7 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında açıqlama verib.
7 nəfərin hamısının İzmir bölgəsində saxlanıldığı bildirilir.
Xatırladaq ki, 15-17 avqust tarixlərində Türkiyədə 19 meşə yanğını qeydə alınıb.