METBUAT.AZ

Dünya

Türkiyədə zavodda güclü yanğın

7 Avqust 2024 10:23

Türkiyənin yaxta zavodunda yanğın başlayıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, hadisə Bursa şəhərindəki zavodlardan birində meydana gəlib. Kimyəvi maddələrin olduğu depoda başlayan yanğın tez zamanda ətrafa yayılıb və güclənib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.


metbuat.az.