METBUAT.AZ

Region

Türkiyənin yeni gücü:

7 Avqust 2024 21:10

Türkiyənin hərtərəfli hava hücumundan müdafiə sistemi üçün mühüm addım atılıb. Türkiyənin Müdafiə Sənayesi İcraiyyə Komitəsi “Polad Qübbə” sistemi ilə bağlı qərar verib.

Metbuat.az "Habertürk"ə istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Müdafiə Sənayesi İcraiyyə Komitəsində “Polad Qübbə” layihəsi müzakirə edilib.

Müdafiə Sənayesi naziri Haluk Görgün layihə ilə bağlı açıqlamalar verib. O, "Polad Qübbə"də ASELSAN, Roketsan, Tübitak SAGE və MKE tərəfindən istehsal olunan hava hücumundan müdafiə sistemlərinin yer alacağını bildirib.

"Yeni sistem təbəqəli hava müdafiə sistemlərimiz ilə bütün sensorlarımızın və silahlarımızın eyni şəbəkə strukturu altında bir-biri ilə inteqrasiya olunmuş şəkildə çalışmasını, ortaq hava təsvirinin yaradılmasını, real vaxtda əməliyyat mərkəzlərinə çatdırılmasını və süni intellekt dəstəyi ilə qərarvericilərə təqdim edilməsini təmin edəcək. “Polad Qübbə” ASELSAN, ROKETSAN, Tübitak SAGE və MKE şirkətlərimizin birgə əməkdaşlığı ilə həyata keçiriləcəkdir. Bizlər Türkiyə Müdafiə Sənayesi olaraq millətimizin və dövlətimizin dəstəyi ilə irəliləyən dövrdə daha yüksək əzmlə fəaliyyətimizi davam etdirəcəyik, yüksələn Türkiyənin güclənən ulduzu olacağıq", - deyə Görgün əlavə edib.


metbuat.az.