14 Avqust 2024 12:26
Türkiyə daxil olan şəxslərdən barmaq izləri götürüləcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti Türkiyənin daxili işlər naziri Ali Yerlikayaya istinadla məlumat yayıb.
“Daxili işlər naziri gələcək üçün vacib layihəni də açıqlayıb və bildirib ki, Türkiyəyə daxil olarkən, ABŞ və Böyük Britaniyada olduğu kimi barmaq izləri götürüləcək”.
Nazir, həmçinin qeyd edib ki, müvəqqəti qoruma statusu alanların, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələri çiplənəcək. Onun sözlərinə görə, bu vəsiqələri saxtalaşdırmaq mümkün olmayacaq.