3 Avqust 2024 14:48
El arasında quzuqulağı kimi də tanınan turşəngin insan orqanizminə saysız faydaları mövcuddur.
Metbuat.az xarici mediaya istinadən turşəngin faydalarını təqdim edir:
- C vitamini ilə zəngindir. Ağızda və diş ətində meydana gələn yaralara müsbət təsir edir
- Bu bitkinin yarpaqları qaraciyərdə öd əmələgəlməni stimulyasiya edir, ödü durulaşdırır və xaric olmasını asanlaşdırır
- Həmçinin ağrıkəsici, yarasağaldıcı, antitoksik, allergik, iltihabəleyhinə təsir göstərir, dəridə olan qaşınma və səpgiləri aradan qaldırır
- Tərkibində K vitamini olduğuna görə qanaxmaya meyillik olan bəzi xəstəliklərdə, klimakterik, düz bağırsaq və ağciyər qanaxmalarında faydalıdır
- Kalorisi az olduğu üçün pəhriz menyularında istifadə edilə bilər
- Qəbzlik zamanı faydalıdır.