METBUAT.AZ

Dünya

Ukrayna bu əraziləri ələ keçirdi -

7 Avqust 2024 10:57

Ukrayna qüvvələri Kursk vilayətinin Sudjanski rayonunun Nikolaevo-Daryino, Darino və Sverdlikovo yaşayış məntəqələrini ələ keçirdiyi iddia edilir.

Metbuat.az bildirir ki, bu barədə rus mediasında məlumatlar yayılıb.

İddialara görə, Ukrayna Silahlı Qüvvələri 38K-004 şossesi boyunca cənub-şərq istiqamətində nəzarət zonasını genişləndirərək Sudjanın qərb ətrafı - Qonçarovkaya doğru hərəkət edə bilib. Təsdiqlənməmiş məlumatlara görə, kənddə döyüşlər davam edir.


metbuat.az.