METBUAT.AZ

Dünya

Ukrayna ilə bağlı sülh təklifləri ləğv edilməyib -

19 Avqust 2024 17:49

Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov Ukrayna ilə bağlı sülh təkliflərini ləğv etmədiklərini, lakin Kurskdakı vəziyyətə görə hazırkı mərhələdə danışıqlar apara bilmədiklərini bildirib.

Metbuat.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında danışıqların mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Uşakov Ukrayna qoşunlarının Kursk bölgəsinə daxil olduğuna diqqət çəkib və deyib:

"İndiki mərhələdə sözügedən avantüranı (Kurskdakı vəziyyəti) nəzərə alaraq, danışıqlar aparmayacağıq. Bizim sülh təklifimiz ləğv edilməyib. Hazırda danışıqlar aparmaq məqsədəuyğun deyil".

“Washington Post” qəzetinin “Ukrayna ordusunun Kursk bölgəsinə daxil olması Kiyev və Moskva arasında Qətərdə aparılan birbaşa danışıqları pozdu” iddiasına gəlincə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Heç kim heç nəyi pozmayıb, çünki pozula biləcək heç nə yoxdur. Rusiya və Kiyev administrasiyası iki ölkə arasında mülki infrastrukturun vacib elementlərinin təhlükəsizliyi ilə bağlı birbaşa və ya dolayı danışıqlar aparılmayıb və aparılmır” deyə bildirib.


metbuat.az.