METBUAT.AZ

Dünya

Ukrayna ilə danışıqlar gündəmdə deyil -

30 Avqust 2024 01:15

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqlar barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Lavrov paytaxt Moskvada Seneqal xarici işlər naziri Yassine Fall ilə görüşüb. Görüşdən sonra birgə mətbuat konfransında Lavrov bildirib ki, Kursk vilayətinə hücumlardan sonra Ukrayna ilə danışıqlar məsələsi gündəmdən çıxıb. Rusiya ilə Ukrayna arasında danışıqların yenidən başlaması ehtimalını dəyərləndirən Lavrovun sözlərinə görə, başqa təklif və razılaşmalar Kiyev rəhbərliyi və Qərb tərəfindən sabotaj edilməsinə baxmayaraq, Kursk əməliyyatlarından əvvəl Prezident Vladimir Putin sülh təklifi irəli sürüb.

Diplomat bəyan edib ki, Kursk əməliyyatından sonra isə danışıqlar məsələsi gündəmdən çıxıb.


metbuat.az.