METBUAT.AZ

Gündəm

Ukrayna irəlilədi, yeni əraziləri ələ keçirdi

19 Avqust 2024 23:20

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətində 92 yaşayış məntəqəsini nəzarət altına alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşdə məlumat verib.

Zelenski bildirib ki, Ukraynanın nəzarət etdiyi bu ərazilərin ümumi sahəsi 1250 kvadrat kilometrdən çoxdur.

"Mövqelərimiz gücləndirilir, bu ərazilərdə sabitlik təmin olunur və Ukraynanın mübadilə fondu zənginləşdirilir. Ümumiyyətlə, bu əməliyyat rus əsirliyində olan ukraynalıların azad edilməsinə böyük töhfə oldu - biz bu əməliyyatda ən çox rus məhbusu ələ keçirmişik," - deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, ötən həftənin sonunda Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kursk vilayətində 82 yaşayış məntəqəsinə nəzarət etdiklərini açıqlamışdı.

Kursk vilayətinin Sudjanski, Korenevski və Qluşkovski rayonlarında ümumilikdə 186 yaşayış məntəqəsi yerləşir.


metbuat.az.