METBUAT.AZ

Dünya

Ukrayna Kurskda baş verənlərlə bağlı bizə xəbərdarlıq etməyib -

8 Avqust 2024 09:08

Ukrayna ABŞ-a Kursk bölgəsində hərbi əməliyyat keçirmək barədə xəbərdarlıq etməyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə bildirib.

"Ukraynanın onları həyata keçirməzdən əvvəl bizə dəqiq taktikalarını deməməsi qeyri-adi deyil. Bu, onların apardıqları müharibədir. Biz onları avadanlıqla təmin edirik. Bu qərarları özlərinin qəbul etmələri məqsədəuyğundur”.

Eyni zamanda, Miller iddia edir ki, ABŞ-ın Rusiya ərazisinə zərbələr endirmək üçün Amerika silahından istifadə siyasəti dəyişməyib, lakin onun sözlərinə görə, Ukraynanın hazırkı hərəkətləri Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil etmir.


metbuat.az.