20 Avqust 2024 12:18
"Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində Seym çayı üzərindəki üç körpüyə zərbələr endirməsi onu deməyə əsas verir ki, Kiyev bu ərazini uzunmüddətli perspektivdə saxlamağı planlaşdırır".
Metbuat.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazır. Məqalədə qeyd edilir ki, hazırda Seym çayı Rusiyanın qərbdən hücumlarına qarşı təbii maneə rolunu oynayır.
Hesablamalara görə, hazırda Kursk vilayətində 6 minə yaxın ukraynalı hərbçi var. Daha 4000 hərbçi sərhəddəki Sumı rayonunda köməkçi funksiyaları yerinə yetirir. ABŞ rəsmisi bildirib ki, Rusiyanın Kursk bölgəsindəki ərazilərə nəzarəti geri qaytarmaq üçün 20 mindən çox lazımi təlim keçmiş əsgərə ehtiyacı olacaq.
"Kiyev Rusiya ərazisini ondan vasitə kimi istifadə etmək üçün uzun müddət saxlaya biləcəyinə ümid edir. Ukrayna həmçinin Kursk bölgəsində 2000-dən çox məhbusu əsir götürüb və Kiyev rəsmiləri ümid edirlər ki, onları öz hərbçiləri ilə dəyişdirə biləcəklər" - deyə, məqalədə deyilir.