17 Avqust 2024 03:15
Ukrayna ordusu Rusiyanın Kursk vilayətində daha 1-3 kilometr irəliləyib.
Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski prezident Vladimir Zelenskiyə məlumat yayıb. Onun sözlərinə görə, döyüşlər davam edir.
“Biz bəzi istiqamətlərdə 1-3 kilometr məsafədə irəliləyirik, həmçinin bütün cəbhə xətti boyunca döyüşlər davam edir, ümumilikdə vəziyyət nəzarət altındadır”, - Sirski bildirib.