METBUAT.AZ

Dünya

Ukrayna ordusu Rusiyanın nəzarətindəki şəhərə daxil oldu

24 Avqust 2024 08:25

Ukrayna ordusu Xerson vilayətində Rusiyanın nəzarətində olan Oleşki şəhərinə nəzarəti ələ keçirib.

Metbuat.az xəbər verir ki, Ukrayna ordusu şəhərə bayraq sancıb. Ukraynanın Milli Qvardiyasının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin 124-cü ayrı-ayrı ərazi müdafiə briqadasının əsgərləri Xerson vilayətinin işğal altında olan Oleşki şəhərində Ukrayna bayrağını sancıblar.

Qeyd edək ki, şəhər 2022-ci ilin aprelin 15-dən bəri Rusiyanın nəzarətindədir.


metbuat.az.