19 Avqust 2024 11:08
Böyük Britaniyada yerləşən təhlükəsizlik şirkəti Ukrayna ordusunu kəşfiyyat missiyalarını yerinə yetirə bilən və ön cəbhəsindəki əsgərlərə dərman çatdıra bilən robot itlərlə təchiz edib.
Metbuat.az xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzetinin yazdığına görə, 30-dan çox ikinci nəsil robot itlər "Brit Alliance" tərəfindən Ukraynaya verilib. Sözügedən robot itlər beş saata qədər səyahət edə bilir və döyüş meydanında lazım olan 7 kiloqramdan çox döyüş sursatı, tibbi ləvazimat və ya digər ləvazimatlarla təchiz oluna bilir.
Robot itlər dovşanın bədən temperaturunda istehsal edildiyi üçün dronlar tərəfindən aşkarlanması çətindir. Robot itlərin digər üstünlüyü onların aşağı qiymətidir. Modeldən asılı olaraq hər bir robot itin qiyməti 3400 funt sterlinq ilə 6800 funt sterlinq arasında dəyişir.