METBUAT.AZ

Dünya

"Ukrayna xalqının mübarizəsini dəstəkləyirik" -

14 Avqust 2024 11:59

"Avropa İttifaqı Ukrayna xalqının ruslara qarşı mübarizəsini tam dəstəkləyir".

Metbuat.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Avropa Komissiyasının vitse-prezidenti və Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrell məlumat verib.

Aİ-nin ali nümayəndəsi Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə cəbhədəki son hadisələri və Rusiya Federasiyasının Kursk vilayətində əks-hücum əməliyyatını müzakirə edib.

“Rusiyanın əsassız işğalı Ukraynanın müqavimətini qıra bilmədi və indi Rusiya öz ərazisinə geri çəkilmək məcburiyyətindədir”, - Borrell vurğulayıb.

Öz növbəsində, Kuleba Borrell ilə söhbət zamanı Ukrayna ilə Aİ arasında silah istehsalı və təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımlara diqqət çəkib.


metbuat.az.