METBUAT.AZ

İdman

Üzgüçümüz mübarizəni dayandırdı -

3 Avqust 2024 13:32

Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Metbuat.az bildirir ki, idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsində çıxış edib. O, öz qrupunda 8 iştirakçı arasında 26.76 saniyə göstərici ilə üçüncü olub.

Bununla belə 79 iştirakçı arasında ilk "onaltılığ"a düşə bilməyən Şeyxəlizadəxangah yarışı erkən başa vurub.


metbuat.az.