METBUAT.AZ

Ölkə

Vidadi Bərdəlinin oğlu azadlığa buraxıldı

15 Avqust 2024 12:29

Mərhum müğənni Vidadi Bərdəlinin 8 il müddətə həbsə məhkum edilmiş oğlu Tuncay Vəliyev azadlığa buraxılıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə V.Bərdəlinin həyat yoldaşı Naida Heydərova məlumat verib.

Bildirilib ki, məhkəmənin qərarı ilə Tuncay Vəliyev barəsindəki qətimkan tədbiri dəyişdirilib, o vazxtından 2 il əvvəl azadlığa çıxıb.

Qeyd edək ki, T.Vəliyev tanışı F.Ocaqquliyev ilə birgə 2018-ci ildə taksi sürücüsü Rəşad Hüseynovu Nəsimi rayonu ərazisində qətlə yetirməkdə ittiham edilib. Lakin məhkəmə T.Vəliyevə ittiham olunduğu qəsdən adam öldürmə maddəsi üzrə bəraət verib. O, yalnız narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2019-cu ildə çıxardığı hökmlə F.Ocaqquliyev 19 il, T.Vəliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Lakin daha sonra iş yenidən araşdırılıb və T.Vəliyevə qəti olaraq 8 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırladaq ki, V. Bərdəli 2012-ci il noyabrın 30-da 53 yaşında vəfat edib.


metbuat.az.