METBUAT.AZ

Hadisə

"Vosmoy" bazarında yanğın başladı -

1 Avqust 2024 14:53

Bakının Nizami rayonunda yerləşən “Vosmoy” bazarında obyekt yanır.

Metbuat.az Ölkə.az-a istinadən xəbər verir ki, ərazidəki dönərxanalardan birində başlayan yanğın qatı dumanla müşahidə olunur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Vətəndaşlara ərazidən uzaqlaşmaq barədə göstəriş verilib.

Yanğının ətrafdakı obyektlərə keçib-keçmədiyi məlum deyil.



metbuat.az.