METBUAT.AZ

Texnologiya

"Whatsapp" bu cihazlarda işləməyəcək

7 Avqust 2024 17:18

Dünyanın ən populyar ani mesajlaşma messenceri "Whatsapp" tezliklə bəzi Android və iOS cihazlarında qadcetləri dəstəkləməyi dayandıracaq. Siyahıya Samsung, Apple, Motorola, Sony, LG və Huawei də daxil olmaqla müxtəlif brendlərin 35-dən çox modeli daxildir.

Metbuat.az bildirir ki, aşağıdakı cihazların sahiblərinə mümkün məlumat itkisinin qarşısını almaq üçün mümkün qədər tez söhbət tarixçələrinin ehtiyat nüsxəsini çıxarmaları tövsiyə olunur.

Messencerin bu cihazlarda işləməsini nə vaxt dayandıracağı ilə bağlı dəqiq tarix məlum deyil.

Samsung

Galaxy Ace Plus, Galaxy Core, Galaxy Express 2, Galaxy Grand, Galaxy Note 3, Galaxy S3 Mini, Galaxy S4 və başqaları;

Apple

iPhone 5, iPhone 6, iPhone 6S və iPhone SE;

Huawei

Ascend P6 S, Ascend G525, Huawei C199, Huawei GX1s, Huawei Y625;

Motorola

Moto G (birinci nəsil), Moto X (birinci nəsil);

Sony

Xperia Z1, Xperia E3;

LG

Optimus 4X HD P880, Optimus G, Optimus G Pro, Optimus L7;

Lenovo

Lenovo 46600, Lenovo A858T, Lenovo P70, Lenovo S890.


metbuat.az.