METBUAT.AZ

Gündəm

Xamenei "Telegram"ın sahibinin saxlanılmasından danışdı

27 Avqust 2024 14:37

İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei “Telegram”ın təsisçisi Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, Xamenei bu mövzuya yeni kabinet üzvləri ilə görüşü zamanı toxunub. O qeyd edib:

“Kiberməkanda hər yerdə idarəetmə var. Bu yazıq gəncin (Pavel Durov) Fransada saxlanılması və 20 il həbs cəzası ilə təhdid edilməsi, onların qaydalarını pozduğunu göstərir".

Xatırladaq ki, İranda altı ildən artıqdır ki, "Telegram"ın fəaliyyəti qadağan olunub.


metbuat.az.