15 Avqust 2024 17:18
Yeni Zelandiyada evsiz insanlara kömək edən bir xeyriyyə təşkilatı, sakinlər tərəfindən bağışlanan ölümcül dozada metamfetamin olan konfetləri evsiz insanlara "bilmədən" paylayıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu konfetləri yeyəndən sonra xəstəxanada müalicə olunan 3 nəfərin evə buraxıldığını açıqlanıb. Həkimlər konfetlərdə metamfetaminin miqdarı bir insanın normal qəbul edəcəyi dozadan 300 dəfə çox olduğunu deyiblər və bu doza ölümə səbəb ola bilər.
Xeyriyyə təşkilatının sözçüsü Ben Birks Ang deyib ki, narkotiklərin zərərsiz mal kimi gizlədilməsi adi bir transsərhəd qaçaqmalçılıq texnikasıdır və ola bilər ki, bu cür "konfetlər" bütün ölkəyə yayılıb.