METBUAT.AZ

Sosial

Xüsusi şərtlərlə pensiya alanların sayı açıqlandı

2 Avqust 2024 11:16

2024-cü ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 144 299 nəfər olub.

Bu barədə Metbuat.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 109 min 233 nəfər yaşa, 14 min 556 nəfər əlilliyə, 20 min 510 nəfər isə ailə başçısını itirməyə görə pensiya alıb.


metbuat.az.