METBUAT.AZ

Dünya

Yaxın Şərqdə gərginlik artıq -

6 Avqust 2024 09:51

"Yaxın Şərq müharibə astanasındadır".

Metbuat.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell sosial şəbəkə hesabında bildirib.

"Yaxın Şərqdə gərginlik artmaqda davam edir və onu müharibənin astanasına gətirir. Biz hamımız növbəti fəlakətin qarşısını almalıyıq. İrəliyə doğru yol konsensualdır: Qəzzada indi atəşkəsin əldə olunması. Gərginliyin azaldılmasına mane olanların hamısı etdiklərinə görə məsuliyyət daşıyacaq".


metbuat.az.