METBUAT.AZ

Hadisə

Yeni tikilən hovuz uçdu, 65 yaşlı qadın öldü

16 Avqust 2024 09:45

Sabirabad rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Metbuat.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Xuraman Hüseynova evinin həyətində tikintisi iki gündür başa çatan hovuzun uçması nəticəsində dağıntılar altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.