METBUAT.AZ

Hadisə

Yevlaxda kişi arvadını küt alətlə xəsarət yetirməkdə şübhəli bilinir

12 Avqust 2024 11:59

Bu gün saat 11 radələrində Yevlax rayonu ərazisində 1987-ci il təvəllüdlü Sevinc Rəsulovaya küt alətlə ağır bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Metbuat.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinin qadının əri 1985-ci il təvəllüdlü Şərəvəddin Rəsulov saxlanılıb.

S.Rəsulova aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.


metbuat.az.