12 Avqust 2024 12:16
Bakıda bu ilin altı ayı ərzində yol qəzaları zamanı 20 işıqfora zərər dəyib.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov məlumat verib.
Onun sözlərinə görə, baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada işıqforu yararsız vəziyyətə düşüb, hadisə paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında qeydə alınıb.
"Ötən 6 ay ərzində Bakının müxtəlif küçə və prospektlərində baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində Mərkəzin idarəetməsində olan 20 işqıfora və onun avadanlıqlarına (idarəemə qutusu və s.) ziyan dəyib. Vurulmuş zərər ilə əlaqədar aidiyyəti üzrə sorğular göndərilib",- o bildirib.