METBUAT.AZ

Hadisə

​Zaqatala sakinləri qəzaya düşdü, 9 yaşlı qız öldü -

19 Avqust 2024 12:58

Zaqatala sakinləri Dağıstanda qəzaya düşüblər.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə Mahaçqalada qeydə alınıb.

Yolda avtoxuliqanlıq edən BMW markalı avtomobil Zaqataladan olan bir xanımın idarə etdiyi maşına çırpılıb. Qəza nəticəsində maşında olan doqquz yaşlı Məşəd Qocayeva dünyasını dəyişib.

Avtomobilin sürücüsü və daha iki qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, qəzaya düşən qadınlar Zaqatala rayonunun Aşağı Çardaxlar kəndindəndir.



metbuat.az.