METBUAT.AZ

Hadisə

Zəhərlənən ana və övladı ilə bağlı TƏBİB-dən açıqlama

5 Avqust 2024 14:12

Xəbər verdiyimiz kimi, Sumqayıtda ana və azyaşlı övladı qidadan zəhərlənib.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 04.08.2024-cü il tarixində Sumqayıt şəhər sakinləri, 1997-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına, qadının övladı - 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) isə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Təcili yardım bölməsinə dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu ilə daxil olublar:

"Hər iki şəxs müvafiq tibbi müdaxilələrdən sonra vəziyyətləri stabil qiymətləndirilərək ambulator müalicə üçün evə buraxılıb".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.