METBUAT.AZ

Dünya

Zelenski xalqa müraciət etdi

11 Avqust 2024 09:01

“Ukrayna ədaləti necə bərpa edəcəyini bilir”.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Zelenski qeyd edib ki, bu gün Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ona cəbhədəki vəziyyətlə bağlı artıq bir neçə dəfə məruzə edib.

“Cəbhəni və müharibəni təcavüzkarın ərazisinə keçirmək haqqında məruzə edilib” - deyə Zelenski aydınlıq gətirib.

Prezident bu işdə köməklik göstərən bütün hərbi qulluqçulara təşəkkür edib.

“Ukrayna ədaləti necə bərpa edəcəyini həqiqətən bilir və təcavüzkarın təzyiqinə cavab verir”, - deyə dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, artıq 5 gündür Rusiyanın Kursk vilayətində Rusiya ordusu ilə hərbi toqquşma baş verir.


metbuat.az.