16 Avqust 2024 19:05
Futbol üzrə Azərbaycan Premyer Liqasının III turunda keçirilməsi planlaşdırılan "Zirə" - "Araz-Naxçıvan" oyunu təxirə salınıb.
Metbuat.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
"Qartallar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə PFL-ə müraciət edib. Naxçıvan klubu isə buna razı olub.
Bundan əlavə, IV turunda “Şamaxı” – “Zirə” matçı ilə XII turun “Zirə” – “Şamaxı” oyununun yerləri dəyişdirilib.