METBUAT.AZ

İdman

"Zirə"nin pley-off mərhələsindəki potensial rəqibi bəlli oldu

14 Avqust 2024 22:43

"Zirə"nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi dəqiqləşib.

Metbuat.az-ın məlumatına görə, paytaxt təmsilçisi III təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Osiyek"i mübarizədən kənarlaşdırsa, “Omoniya” (Kipr) ilə qarşılaşacaq.

III təsnifat mərhələsində “Fehervar”ı (Macarıstan) hər iki görüşün nəticəsinə əsasən 3:0 hesabı ilə üstələyən kiprlilər pley-offa vəsiqə qazanıb.

Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.


metbuat.az.