METBUAT.AZ

İdman

“Zirə” səfərdə heç-heçə etdi -

9 Avqust 2024 00:05

“Zirə” komandası UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Metbuat.az xəbər verir ki, “qartallar” səfərdə “Osiyek”lə (Xorvatiya) qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 38-ci dəqiqədə rəqib açsa da, “Zirə”nin heyətində Rafael Utziq əsas vaxta əlavə olunan 6-cı dəqiqədə penaltidən matçın yekun nəticəsini müəyyənləşdirib.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakının Mərdəkan qəsəbəsində baş tutacaq.


metbuat.az.