METBUAT.AZ

Ölkə

Zoya Eldarova istefa verdi -

26 Avqust 2024 15:17

Qusar Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Zoya Eldarova bu gün vəzifəsindən ayrılıb.

Metbuat.az bildirir ki, bu barədə Bizim.media.az-a Zoya Eldarovanın özü məlumat verib. O öz ərizəsi ilə vəzifəsindən getdiyini bildirib.

Məlumata görə, Qusar Rayon İcra Hakimiyyəti başçısı Sahir Məmmədxanov müavinin ərizəsini təsdiqləyib.

Xatırladaq ki, Sahir Məmmədxanov 8 iyul 2024-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


metbuat.az.