26 Sentyabr 2024 14:19
100-dən çox şirkət Avropa İttifaqının könüllü öhdəlikləri özündə əks etdirən süni intellekt paktını imzalayıb.
Metbuat.az xəbər verir ki, Avropa İttifaqı Komissiyası texnologiya, telekommunikasiya, səhiyyə, bankçılıq, avtomobil və aviasiya kimi müxtəlif sektorlardan 116 şirkətin Avropa İttifaqının süni intellekt paktını imzaladığını açıqlayıb. Açıqlamada deyilir ki, müqaviləyə görə, süni intellekt qanununun tətbiqindən əvvəl şirkətlər idarəetmə strategiyası, yüksək risk sistemlərinin müəyyən edilməsi və məlumatlılıq kimi sahələrdə könüllü öhdəliklər götürüb.
Paktı imzalayan şirkətlər arasında “Microsoft”, “Google”, “Amazon”, “OpenAI”, “Hewlett Packard”, “IBM”, “Lenovo”, “Samsung”, “Qualcomm”, “Sap” və “Adobe” də var. “Facebook” və “Instagram”ın sahibi Meta şirkətinin paktda iştirak etməməsi diqqət çəkib.