METBUAT.AZ

Hadisə

12 yaşlı qız 8-ci mərtəbədən yıxıldı -

28 Sentyabr 2024 20:32

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.

Fakt araşdırılır.


metbuat.az.