METBUAT.AZ

İdman

18 yaşlı futbolçu Mbappenin rekordunu qırdı

20 Sentyabr 2024 12:09

Çempionlar Liqasında liqa mərhələsinin ilk həftəsinə dünən keçirilən oyunlarla yekun vurulub.

Metbuat.az xəbər verir ki, "La Liqa"ya qələbələrlə başlayan "Barselona" çox hissəsini 10 nəfərlə oynadığı matçda "Monako"ya 2-1 hesabı ilə uduzub və bu mövsüm rəsmi matçlarda ilk məğlubiyyətini alıb.

"Barselona"nın yeganə qolunu komandanın ulduz futbolçusu Lamine Yamal vurub. Ev sahibi “Monako”nun qollarına Maqnes Akliuşe və Corc İlenixena imza atıb.

71-ci dəqiqədə vurduğu qolla “Monako”ya qələbə qazandıran George İlenikena klub tarixində Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub. Bundan əvvəlki rekord Kilian Mbappeyə məxsus idi.

18 yaşlı futbolçu bu mövsüm də ilk dəfə qol vurub. İlenixena mövsümün əvvəlində "Royal Antverpen"dən "Monako"ya keçib.


metbuat.az.