14 Sentyabr 2024 10:01
Gəncədə 18 yaşlı qadın bıçaqlanıb.
Metbuat.az bildirir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib. O, əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Araşdırma zamanı məlum olub ki, qadını keçmiş həyat yoldaşı bıçaqlayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.