METBUAT.AZ

Gündəm

2 oktyabra diqqət -

30 Sentyabr 2024 16:31

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si günün birinci yarısında fasilələrlə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 1-i əsasən dağlıq və dağtəyi rayonlarda, 2-dən 3-ü gündüzədək isə əksər rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


metbuat.az.