METBUAT.AZ

Hadisə

20 günə nişanı olacaqdı, meyiti tapıldı -

2 Sentyabr 2024 12:12

Lənkəranda 31 yaşlı kişinin meyiti tapılıb.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Separadi kəndi ərazisində olub.

Belə ki, kənd sakini, 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərli yaşadığı evin həyətindəki yarımtikilidə asılmış vəziyyətdə tapılıb.

Qeyd edək ki, evdə tək yaşayan Əkbərin sentyabrın 22-si nişan mərasimi planlaşdırılıbmış.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.