METBUAT.AZ

İdman

32 yaşlı məşhur futbolçu karyerasını bitirmək istəyir

28 Sentyabr 2024 22:13

"Arsenal"ın futbolçusu Jorjinyo karyerasını başa vurmaq barədə düşünür.

Metbuat.az xəbər verir ki, 32 yaşlı italiyalı yarımmüdafiəçi futbolçu karyerasını yekunlaşdırma variantını dəyərləndirir.

Bu mövsüm onun üçün sonuncu ola bilər. 2025-ci ilin yayında müqaviləsi bitdikdən sonra Jorjinyo son qərarını verəcək. Hətta müqavilədə bir illik uzadılma imkanı olsa da, o, artıq məşqçi karyerasına keçid etməyi düşünür. O, "Arsenal"da qalaraq Mikel Artetanın köməkçisi kimi çalışmağı hədəfləyir.


metbuat.az.