METBUAT.AZ

İdman

39 yaşlı Ronaldo qələbə qolunu vurdu, rekorda imza atdı

9 Sentyabr 2024 09:44

Portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo daha bir rekorda imza atıb.

Metbuat.az xəbər verir ki, futbolçu Millətlər Liqasında Şotlandiyaya qarşı keçirilən oyunda qol vurmağı bacarıb - o, 88-ci dəqiqədə fərqlənib. Bu qol Ronaldonun karyerası ərzində 48-ci milli komandaya qolu olub ki, bu da rekorddur.

Qeyd edək ki, Portuqaliya matçda əzmkar qələbəyə sevinib. İlk hissədə 0:1 geri düşən portuqallar 2 qol vuraraq qələbə qazanıblar. Qələbə qounu isə məhz Ronaldo vurub.


metbuat.az.