METBUAT.AZ

Turizm

5 ulduzlu hotellərdə orta qiymət 33 % artıb

20 Sentyabr 2024 17:14

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib.

Metbuat.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,3 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 349,9 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 12,8 % çoxdur.

İkinci yerdə 327 manat olmaqla Quba hotelləri qərarlaşıb (ötən ilki rəqəm göstərilməyib).

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 308,8 manat olmaqla Abşeron hotelləri tutub. Bu rayonda orta qiymət son 1 ildə 82,7% artıb.

Naftalanda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 275,6 manata (+ 6,6 %), Şamaxıda 207,7 manata (+7,7 % ), Bakıda 193,9 manata (+ 29,6 %), Lənkəranda 183,3 manata (- 22,2 %), Qaxda 161,8 manata (+ 21 %), Şəmkirdə 157,6 manata (+ 38,2 %), İsmayıllıda 156,6 manat, Şəkidə 149,4 manat ( + 13,6%), Naxçıvanda 127,5 manat (+27,5 %), Qusarda 108,3 manat (-2 dəfə) başa gəlib.


metbuat.az.