METBUAT.AZ

Dünya

ABŞ-də 14 yaşlı uşaq məktəbə hücum etdi

5 Sentyabr 2024 14:19

ABŞ-nin Corciya ştatında orta məktəbdə baş verən atışma nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hücumun baş verdiyi məktəbin şagirdi olan 14 yaşlı şübhəli saxlanılıb. Corciya Təhqiqat Bürosu çərşənbə günü Barrou qraflığındaki "Apalachee" liseyində törədilən hücumda iki şagird və iki müəllimin öldüyünü açıqlayıb.

Büronun açıqlamasında, eyni liseydə oxuyan 14 yaşlı Kolt Qreyin nəzarətə alındığı və böyüklərin qanunu ilə mühakimə ediləcəyi bildirilib.

Məlum olub ki, ABŞ Federal Təhqiqat Bürosu (FTB) keçən il məktəbdə atışma təhlükəsi ilə bağlı anonim məktublar alıb. FTB-nin məlumatına görə, müstəntiqlər 2023-cü ilin may ayında şübhəlinin evinə baş çəkib.


metbuat.az.