METBUAT.AZ

Texnologiya

ABŞ-də "robot polislər" işə başladı

2 Sentyabr 2024 16:17

ABŞ-nin Atlanta şəhərində “robot polis” fəaliyyətə başlayıb.

Metbuat.az bildirir ki, son 7 ayda şəhərin "Old Fourth Ward" rayonunda qətl, zorlama və adam oğurluğu kimi 34 cinayət törədilib. Ərazidə yaşayan sakinlər küçələrdə güllələrin uçuşduğunu bildirirlər.

Xüsusilə yay aylarında cinayət nisbətlərinin artdığını bildirən səlahiyyətlilərin verdiyi qərarla bu aydan etibarən bir nəzarət robotu rayon küçələrində patrul xidmətinə başlayıb. "Knightscope" tərəfindən istehsal edilən robot ictimai yerlərdə qeyri-adi vəziyyətləri izləyəcək və bu barədə səlahiyyətli orqanlara məlumat verəcək.

Heç bir insan müdaxiləsi tələb etməyən robotun yatmağa və yeməyə ehtiyacı olmadığı üçün polisin yükünü yüngülləşdirməsi gözlənilir.


metbuat.az.