4 Sentyabr 2024 16:22
ABŞ HƏMAS-ın altı rəsmisini ittiham edir.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi Fələstinin Həmas qruplaşmasının rəhbərliyinin altı üzvünə İsrailə hücum hazırlamaqda, planlaşdırmaqda və həyata keçirməkdə ittiham edib.
Bildirilib ki, təqsirləndirilənlər arasında HƏMAS Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvara və onun öldürülən sələfi İsmayıl Haniyə də var.
Qeyd edilib ki, müttəhimlər saysız-hesabsız günahsız mülki şəxslərin, o cümlədən Amerika vətəndaşlarının qətli və oğurlanmasında iştirak ediblər.