METBUAT.AZ

Dünya

ABŞ ordusu bu ölkədən tamamilə çıxdı

17 Sentyabr 2024 12:47

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ABŞ əsgərlərinin Nigerdən çıxarılmasının başa çatdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq jurnalistlərə açıqlamasında mayın 19-da Nigerdən çəkilməyə başlayan ABŞ ordusunun hazırkı vəziyyəti ilə bağlı məlumat verib.

Sinq bildirib ki, ABŞ və Niger silahlı qüvvələri arasında əməkdaşlıq və kommunikasiya sayəsində geri çəkilmə razılaşdırıldığı kimi sentyabrın 15-də təhlükəsiz şəkildə tamamlanıb.

Qeyd edək ki, Niger ABŞ ilə 12 il əvvəl imzaladığı hərbi əməkdaşlıq müqaviləsini martın 17-də ləğv etdiyini açıqlayıb və Amerika əsgərlərinin ən qısa zamanda ölkəni tərk etməsini tələb edib. ABŞ qoşunlarının ən geci 15 sentyabra qədər Nigerdən tamamilə çıxarılacağını açıqlamışdı.


metbuat.az.