METBUAT.AZ

Dünya

"ABŞ PKK-dan oyuncaq kimi istifadə edir" -

3 Sentyabr 2024 15:53

“ABŞ Suriyada terror təşkilatı PKK/YPG-dən öz oyunlarında istifadə edir”.

Metbuat.az bildirir ki, bu bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib. Lavrov Amerika rəhbərliyinin terror təşkilatı PKK/YPG-dən oyuncaq kimi istifadə etdiyinə diqqət çəkib.

O, bildirib ki, bölgədə yaşayan kürdlər Vaşinqtona etibar etməməlidirlər. O, Əfqanıstan nümunəsini xatırladıb və deyib ki, ABŞ bir gecədə əfqanları tək qoyub:

“Türkiyə bölgədə terrora son qoymağa çalışır”.

Lavrov Suriyanın ərazi bütövlüyünün vacibliyini də xatırladıb. O, Türkiyənin bölgədəki terror təhlükəsini aradan qaldırmağa çalışdığını bəyan edib.


metbuat.az.