METBUAT.AZ

İdman

AFFA məşqçini cəzalandırdı

27 Sentyabr 2024 14:04

MOİK klubunun məşqçisi Musa Rəhimovu 5 oyunluq cəzalandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İntizam Komitəsinin növbəti iclasında bu barədə qərar qəbul olunub.

Futbolçu I Liqanın III turunda keçirilən MOİK - “Difai” matçının (2:2) 72-ci dəqiqəsində hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün cəzalandırılıb.

MOİK komandası isə buna görə 400 manat cərimələnib.


metbuat.az.